Ermənistan Xarici İşlər Nazirliyi Kəlbəcərdə baş verənlərlə bağlı məlumat yaydı

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidАзербайджанская армия вошла в Кельбаджарский район
Азербайджанская армия вошла в Кельбаджарский район - Sputnik Azərbaycan
Abunə olmaq
Delimitasiya və demarkasiya – uzun və kompleks prosesdir, o ölkələr arasında hökumətlərarası komissiya və işçi qrupları arasında dövlətlərarası danışıqlar əsasında həyata keçirilir, nəticədə isə müvafiq beynəlxalq sənəd imzalanır.

BAKI, 27 noyabr — Sputnik. Ermənistan Xarici İşlər Nazirliyi Kəlbəcərdə, Zod yatağında azərbaycanlı hərbçilərin iştirakı ilə baş verən insidenti şərh edib. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Ermənistan XİN-in mətbuat xidmətinin yaydığı məlumata görə, döyüş növbəsinin həyata keçirilməsi üçün noyabrın 27-si Ermənistan və Azərbaycan Silahlı Qüvvələri arasında danışqılar baş tutub və danışıqlar zamanı müvəqqəti döyüş mövqelərinin faktiki yerləri dəqiqləşdirilib.

"Delimitasiya və demarkasiya – uzun və kompleks prosesdir, o ölkələr arasında hökumətlərarası komissiya və işçi qrupları arasında dövlətlərarası danışıqlar əsasında həyata keçirilir, nəticədə isə müvafiq beynəlxalq sənəd imzalanır", - deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, daha əvvəl Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryan bildirib ki, Azərbaycan hərbçiləri Ermənistanla sərhədi keçməyib.

O izah edib ki, Kəlbəcər rayonu Azərbaycanın nəzarətinə keçəndən sonra iki ölkə arasında sərhəd Zod yatağının ortasından keçir.

Азербайджанская армия вошла в Кельбаджарский район - Sputnik Azərbaycan
Ermənistan Baş Qərargahı: Azərbaycan hərbçiləri sərhədi keçməyib

Qeyd edək ki, ötən gün Azərbaycan, Ermənistan, Rusiya Silahlı Qüvvələrinin nümayəndələri xüsusi vasitələrdən (GPS) istifadə edərək Kəlbəcər rayonu ərazisində Azərbaycan və Ermənistan dövlət sərhədində demarkasiya işlərinə başlayıblar.

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Dekabrın 1-də Laçın rayonunun Azərbaycana qaytarılması nəzərdə tutulur. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Xəbər lenti
0