05:59 25 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
DÜNYA
Qısa URL
28 0 0

Eyni zamanda dünyanın ən varlı 5 insanı siyahısına "Louis Vuitton Moët Hennessy" şirkətinin rəhbəri Bernar Arno və "Facebook"un yaradıcısı Mark Zukerberq yer alıb

BAKI, 25 noyabr — Sputnik.  "SpaseX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask dünyanın ən varlı insanları siyahısında ikinci pilləyə yüksəlib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Belə ki, Maskın varidatı bir ildə 100,3 milyard artaraq 127,9 milyarda yüksəlib.

"Microsoft" şirkətinin qurucusu Bill Geyts isə 127,7 milyard dollar sərvəti ilə üçüncü pilləyə düşüb.

"Bloomberg" reytinq siyahısında birinci yerdə 182 milyard dollar sərvəti ilə "Amazon"un təsisçisi Ceff Bezos qərarlaşıb.

Eyni zamanda dünyanın ən varlı 5 insanı siyahısına "Louis Vuitton Moët Hennessy" şirkətinin rəhbəri Bernar Arno və "Facebook"un yaradıcısı Mark Zukerberq yer alıb.

Amerikanın "Tesla Motors" şirkəti 2003-cü ildə yaradılıb.

Teqlər:
"Bloomberg", Bill Qeyts, İlon Mask, Ceff Bezos, siyahı, ən varlı, dünya

Əsas mövzular