17:27 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
DÜNYA
Qısa URL
52 0 0

Türkiyənin ABŞ-la münasibətlərində böhrana səbəb olan Rusiya istehsalı S-400 hava müdafiə sistemlərinin tədarükü 2019-cu ilin iyul ayından başlayıb.

BAKI, 23 noyabr — Sputnik. Türkiyə Rusiya istehsalı olan S-400 zenit-raket kompleksləri ilə bağlı ABŞ-la siyasi ticarəti yolverilməz hesab edir. Komplekslər ölkənin müdafiəsi üçün alınıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin hakim partiyasının mətbuat katibi Ömər Çəlik bildirib.

Qeyd edək ki, daha əvvəl Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) rəhbərinin müşaviri Ünal Çeviköz bildirib ki, Türkiyə rəhbərliyi ABŞ sanksiyalarından ehtiyat etdiyi üçün S-400-lər yerləşdirmir.

"Türkiyənin vətənin müdafiəsi üçün, güvənliyi üçün aldığı S-400-ü ləğv edəcəyimizi deyirlər. İqtidara gəlmək üçün vətənin müdafiəsini ticarət mövzusu edirlər. Türkiyənin güvənliyini bir siyasi ticarət mövzusu edirlər", - deyə Çəlik qeyd edib.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl türk mediası Sinop şəhərində S-400 zenit-raket kompleksinin sınaqdan keçirilməsi ilə bağlı video yaymış, Türkiyə hakimiyyəti isə bu barədə rəsmi açıqlama verməsə də, NAVTEX – beynəlxalq bildirişində oktyabrın 13-dən 17-nə kimi Qara dəniz bölgəsindəki Sinop şəhərində artilleriya təlimlərinin keçiriləcəyini bəyan etmişdi.

Türkiyənin ABŞ-la münasibətlərində böhrana səbəb olan Rusiya istehsalı S-400 hava müdafiə sistemlərinin tədarükü 2019-cu ilin iyul ayından başlayıb. Bundan sonra Vaşinqton ABŞ-ın F-35 qırıcı-təyyarələrinin Türkiyəyə satışını təxirə salacağını bəyan edib. ABŞ Türkiyəni sanksiyalar tətbiq etməklə hədələyərək Rusiya ilə sazişdən imtina etməsini və bunun əvəzində Amerikadan "Patriot" sistemlərinin alınmasını istəyib. Türkiyə tərəfi isə Rusiyadan S-400 zenit-raket kompleksinin növbəti partiyasının alınması ilə bağlı danışıqları davam etdirib.

Teqlər:
S-400, ABŞ, Rusiya, Türkiyə

Əsas mövzular