Fransa Ermənistanın yanındadır – Paşinyan

© AFP 2023 / TATYANA ZENKOVICHErmənistanın baş naziri Nikol Paşinyan
Ermənistanın baş naziri Nikol Paşinyan - Sputnik Azərbaycan
Abunə olmaq
Fransanın Ermənistandakı səfiri Conatan Lakot qeyd edib ki, Yerevana dərman, tibbi avadanlıq və ilkin tələbat malları gətirilib.

BAKI, 23 noyabr — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyan Fransadan Yerevana göndərilən humanitar yardımı şərh edib. Sputnik Ermənistan xəbər verir ki, Paşinyan bununla bağlı öz "Twitter" səhifəsində paylaşım edib.

"Fransa Ermənistan və erməni xalqı ilə birlikdədir. Humanitar yardımı gətirən ilk təyyarə Yerevana çatıb", - deyə Paşinyan öz "Twitter" səhifəsində bildirib.

Qeyd edək ki, Fransanın Ermənistandakı səfiri Conatan Lakot qeyd edib ki, Yerevana dərman, tibbi avadanlıq və ilkin tələbat malları gətirilib.

Lakot qeyd edib ki, humanitar yardım gətirən növbəti təyyarə noyabrın 27-də Yerevana eniş edəcək.

Xəbər lenti
0