04:47 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
DÜNYA
Qısa URL
1310

İsrailin Baş nazirinin mətbuat xidməti bu məlumatı şərh etməkdən imtina edib. Görüşdə Mossad rəhbərinin olduğu da bildirilir

BAKI, 23 noyabr — Sputnik. İsralin Baş naziri Binyamin Netanyahu dünən gizli şəkildə Səudiyyə Ərəbistanına səfər edib. Sputnik Azərbaycan İsrail KİV-nə istinadən xəbər verir ki, Netanyahu Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşüb.

"Baş nazir Netanyahu və Mossad rəhbəri Yossi Koen ötən gün Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə görüşüblər", - deyə Qaley Çaxal radiostansiyasının məlumatında bildirilir.

İsrailin Baş nazirinin mətbuat xidməti bu məlumatı şərh etməkdən imtina edib.

Teqlər:
Mossad, Benyamin Netanyahu, Səudiyyə Ərəbistanı, İsrail

Əsas mövzular