23:12 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
DÜNYA
Qısa URL
5410

Feysal ben Farhan Əl Saud hesab edir ki, yeni saziş həmçinin İslam Respublikasının Yəmən, Suriya və İraqda hərbi münaqişələrə müdaxiləsi məsələsini də həll etməlidir.

BAKI, 23 noyabr — Sputnik. Səudiyyə Ərəbistanı Birləşmiş Ştatlar və İranı barışdırmaq və Tehranın nüvə proqramının nizamlanması ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planının (HBFP) əvəzinə yeni sazişin imzalanmasına yardım etmək istəyir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər naziri Feysal ben Farhan Əl Saud ABŞ-ın "CNBC" telekanalına müsahibəsində bildirib.

Nazirliyin rəhbəri yeni sazişi NBFP++ adlandırmağı təklif edib: "Bu saziş yalnız nüvə proqramını deyil, məsələn, həm də regionda dağıntılara səbəb olan İranın ballistik raketlər üzrə nüvə proqramını da əhatə edə bilər.

Feysal ben Farhan Əl Saud hesab edir ki, yeni saziş həmçinin İslam Respublikasının Yəmən, Suriya və İraqda hərbi münaqişələrə müdaxiləsi məsələsini də həll etməlidir: "Səudiyyə Ərəbistanı isə öz növbəsində Vaşinqton və Tehran arasında diskussiyalarda tərəfdaş olmalıdır".

Səudiyyə Ərəbistanı XİN rəhbəri, həmçinin ABŞ Prezidenti Donald Tramp Administrasiyasının İran tərəfinə qarşı siyasətini dəyərləndirərək bunu müsbət qiymətləndirib.

Daha əvvəl "The New York Times" nəşri yazıb ki, Tramp İranın nüvə proqramını dayandırmaq məqsədi ilə İrana hərbi zərbələr endirmək variantlarını müzakirə edib. Bir qədər öncə isə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik Tehranın uran ehtiyatlarının nüvə razılaşmasında göstərilən məbləğdən 12 dəfə çox olduğunu açıqlayıb.

Qeyd edək ki, Birləşmiş Ştatlar bu gündən etibarən Tehranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) razılaşdırılması nəticəsində dayandırılan genişmiqyaslı sanksiyaları bərpa edib.

 

Teqlər:
nüvə proqramı, İraq, Suriya, Yəmən, barışıq, İran, ABŞ, Səudiyyə Ərəbistanı, siyasət, dünya

Əsas mövzular