17:38 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
82 0 0

Fransanın Xarici İşlər naziri Jan İv Lö Drian: " Türkiyə Prezidenti Rəsəb Tayyib Ərdoğanın Şərqi Aralıq dənizi, Liviya və Dağlıq Qarabağ kimi məsələlərdə təzyiqi "asanlıqla" aşağı sala biləcəyini qeyd edib".

BAKI, 22 noyabr — Sputnik. Fransanın Xarici İşlər naziri Jan İv Lö Drian Türkiyənin beynəlxalq aləmdə təzyiqi sözlə deyil, əməllə aşağı salmasını gözlədiklərini deyib.

Sputnik Türkiyə xəbər verir ki, BBC Türkcə-də yer alan xəbərə görə, Lö Drian, Fransa mediasına verdiyi açıqlamada Türkiyə Prezidenti Rəsəb Tayyib Ərdoğanın Şərqi Aralıq dənizi, Liviya və Dağlıq Qarabağ kimi məsələlərdə təzyiqi "asanlıqla" aşağı sala biləcəyini qeyd edib.

"Ərdoğanın son bir neçə gün ərzində verdiyi təzyiqi aşağı salacaq açıqlamalar kifayət deyil, bunun əməldə də yerinə yetirildiyini görmək istəyirik", - deyə Fransa XİN başçısı bildirib.

Ərdoğan ötən gün verdiyi açıqlamada Avropa İttifaqını Türkiyəyə verilən sözləri yerinə yetirməyə çağırıb. O, eyni zamanda Türkiyənin gələcəyini Avropa ilə qurmağı təsəvvür etdiyini deyib.

Türkiyə ilə bir çox məsələlərdə fikir ayrılıqlarının olduğunu vurğulayan fransalı nazir, Ərdoğan administrasiyasının siyasətinin "genişlənməyə meylli" olduğunu söyləyib. O, Türkiyənin Avropa İttifaqının üzvü olan Yunanıstan və Kiprə yanaşmasını da "təcavüzkar" kəlməsilə ifadə edib.

Lö Drian Aİ-nin dekabr ayında baş tutacaq zirvəsində Türkiyənin münaqişəli bölgələrlə bağlı "öhdəliklərini təsdiq edəcəklər"ini də əlavə edib.

Teqlər:
Avropa ittifaqı, Ərdoğan, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, Türkiyə prezidenti, Fransanın xarici işlər naziri, Fransa

Əsas mövzular