18:41 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
25 0 0

Baydenin aparat rəhbərinin sözlərinə əsasən, andiçmə bir tərəfdən anın təntənəli xarakterini göstərməli, digər tərəfdən isə koronavirusun yayıldığı yerə çevrilməməlidir.

BAKI, 22 noyabr - Sputnik. Co Baydenin andiçmə mərasimi koronavirusa görə həmişkəindən daha mütəvazi şəkildə keçiriləcək. Bu barədə Baydenin aparat rəhbəri Ron Kleyn bəyan edib.

"Xeyr, fikrimcə, bunu dəyişmək lazımdır. Biz bu barədə Nümayəndələr Palatası və Senatın rəhbərliyi ilə məsləhətləşməyə başlamışıq. Aydındır ki, bu əvvəlkilər kimi bir andiçmə olmayacaq", - deyə o ABC telekanalına bildirib.

Onun sözlərinə görə, tədbir bir tərəfdən anın təntənəli xarakterini göstərməli, digər tərəfdən isə koronavirusun yayıldığı yerə çevrilməməlidir.

"Bu bizim məqsədimizdir", - Keyn əlavə edib.

O planlaşdırılan mərasimin detallarını deməyib.

ABŞ-da andiçmə ənənəvi olaraq yanvarın 20-də keçirilir. Həmin gün minlərlə qonaq üçün Vaşinqtondakı Milli xiyabanın bütün ərazisi ayrılır.

Xatırladaq ki, Co Bayden özünü qalib elan etsə də, digər namizəd Donald Tramp onun qələbəsini etiraf etmir və məhkəməyədək getmək fikrindədir.

Teqlər:
ABŞ, Vaşinqton, andiçmə mərasimi, Donald Tramp, Co Bayden

Əsas mövzular