12:57 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
3 0 0

Hüseyn Dehqan: "Məhdud taktiki münaqişə genişmiqyaslı müharibəyə çevrilə bilər. Birləşmiş Ştatlar, region və dünya belə bir genişmiqyaslı böhrana tab gətirə bilməz

BAKI, 20 noyabr — Sputnik. Birləşmiş Ştatların İrana hücumu Donald Trampın prezidentliyinin son həftələrində genişmiqyaslı müharibə ilə nəticələnə bilər. Sputnik Azərbaycan xəbər verir ki, bunu "Associated Press"-ə müsahibəsində İranın Ali dini lideri Xameneyinin müşaviri Hüseyn Dehqan bildirib.

"Məhdud taktiki münaqişə genişmiqyaslı müharibəyə çevrilə bilər. Birləşmiş Ştatlar, region və dünya belə bir genişmiqyaslı böhrana tab gətirə bilməz", - deyə Dehqan qeyd edib.

Daha əvvəl "The New York Times" nəşri yazıb ki, Tramp İranın nüvə proqramını dayandırmaq məqsədi ilə İrana hərbi zərbələr endirmək variantlarını müzakirə edib. Bir qədər öncə isə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik Tehranın uran ehtiyatlarının nüvə razılaşmasında göstərilən məbləğdən 12 dəfə çox olduğunu açıqlayıb. 

"Biz böhranı, müharibəni alqışlamırıq. Biz müharibəyə başlamağa hazırlaşmırıq. Lakin biz danışıqlar xatirinə də danışıqlar istəmirik", - deyə Dehqan qeyd edib.

Teqlər:
Donald Tramp, Xameneyi, Seyid Əli Xameneyi, Ayətullah Xameneyi, İran

Əsas mövzular