08:48 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
11 0 0

Aİ tərəfləri insan itkisinin qarşısını almaq üçün atəşkəsə ciddi şəkildə əməl etməyə davam etməyə çağırır. Aİ atəşkəsin müddəalarının yerinə yetirilməsini, xüsusən də nəzarət

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 19 noyabr — Sputnik. Avropa İttifaqı Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın arasında noyabrın 9-da imzalanmış atəşkəs razılaşmasının ardından Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasını alqışlayır.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Aİ-nin Mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

"Aİ tərəfləri insan itkisinin qarşısını almaq üçün atəşkəsə ciddi şəkildə əməl etməyə davam etməyə çağırır. Aİ atəşkəsin müddəalarının yerinə yetirilməsini, xüsusən də nəzarət mexanizmi ilə əlaqədar prosesləri yaxından izləyəcək.

Aİ bir daha ATƏT-in Minsk qrupunun beynəlxalq formatını tam şəkildə dəstəklədiyini bildirir və sabitləşmə, münaqişədən sonrakı bərpa və etimadın artırılması tədbirlərinə dəstək verərək münaqişənin davamlı və hərtərəfli həllinin formalaşmasına effektiv töhfə verməyə hazırdır", - bəyanatda bildirilir.

Teqlər:
Üçtərəfli bəyanat, Qarabağ müharibəsi, Avropa ittifaqı

Əsas mövzular