Görüş zamanı Dağlıq Qarabağda və onun ətrafında atəşin və bütün hərbi əməliyyatların dayandırılması barədə noyabrın 9-da qəbul edilmiş üçtərəfli bəyanatdan sonra bölgədəki vəziyyət müzakirə edilib.
"Baş nazirin təklifi, Konstitusiyanın 131-ci maddəsi, "Hökumətin strukturu və fəaliyyəti haqqında" qanunun 1-ci maddəsinin 5-ci hissəsi əsas götürülməklə Ara Ayvazyan xarici işlər naziri təyin edilir".
Mayk Pompeo: Beynəlxalq cəmiyyətdəki mövcud tərəfdaşlarımızın töhfələrindən xəbərdarıq və digər hökumətləri bu səylərə yeni və artan dəstəklə qoşulmağa çağırırıq.
Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan deyib ki, nə Ermənistanın Tehrandakı səfirliyi, nə İranın Yerevandakı diplomatik nümayəndəliyi İslam Respublikası ərazisinə erməni hərbçilərinin keçməsi barədə yayılan məlumatları təsdiqləyib.
Avtomobilinə doğru gedən Bulut Dumana atəş açan naməlum şəxslər, müğənnini ayağından yaralayıblar. Polislər qısa müddət sonra silahlı şəxsləri yaxalaya biliblər.
Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumata görə, bu ölkədə son gündə daha 28 nəfər ölüb. Ümumilikdə orada bu virusdan ölənlərin sayı 1839-a çatıb.
Birləşmiş Ştatlar Dağlıq Qarabağda hərbi əməliyyatlar zamanı zərərçəkən şəxslərə yardım edən Beynəlxalq Qırmızı Xaç Komitəsi, beynəlxalq və qeyri-hökumət təşkilatlarına 5 milyon dollar ayıracaq.
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə genişmiqyaslı islahatlar keçirmək niyyətini açıqlayıb.
Hakimiyyət nümayəndələrinin fikrincə, hökumət üzvləri hərbi vəziyyət zamanı heç bir iş görməyiblər, ona görə də istefa verməlidirlər.
O ki qaldı Ermənistanın Azərbaycana vurduğu ziyanı ödəməkdən imtina etməsinə, Qaya Əliyev deyir ki, Avropa məhkəməsinin qərarları olacaqsa, burada Ermənistan boyun qaçıra bilməz.