Paşinyan Koçaryanı da işdən çıxardı

© Sputnik / Valeriy Melnikov / Mediabanka keçidПремьер-министр Армении Никол Пашинян, фото из архива
Премьер-министр Армении Никол Пашинян, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən gün Ermənistan Prezidenti Armen Sarkisyan xarici işlər naziri Zöhrab Mnatsakanyanın istefa ərizəsini qəbul edib.

BAKI, 17 noyabr — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyan bu ölkənin xarici işlər naziri Şavarş Koçaryanı işdən çıxarıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Nazirlər Kabineti məlumat yayıb.

Qeyd edək ki, ötən gün Ermənistan Prezidenti Armen Sarkisyan xarici işlər naziri Zöhrab Mnatskanyanın istefa ərizəsini qəbul edib.

Xatırladaq ki, ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyanın bu ölkənin xarici işlər naziri Zöhrab Mnatsakanyanı işdən çıxarmaq niyyətində olduğu barədə məlumat yayılmışdı. Həmçinin Mnatsakanyanın artıq istefa ərizəsini yazdığı da bildirilirdi.

Qeyd edək ki, Zöhrab Mnatsakanyan 12 may 2018-ci ildə Ermənistanın xarici işlər naziri təyin edilib. Buna qədər o, 2002-2008-ci illərdə Ermənistanın BMT-nin Cenevrə Ofisində Daimi Nümayəndəsi olmuş və həmçinin eyni illərdə İsveçrənin (Cenevrədə qalmaqla) səfiri vəzifəsini icra edib. 2008-2011-ci illər arasında Ermənistanın Avropa Şurası yanında Daimi Nümayəndəsi (Strasburqda), 2011 ilə 2014 arasında xarici işlər nazirinin müavini və Avropa Birliyi-Ermənistan tərəfdaşlıq sazişinin baş müzakirəçisi olaraq çalışıb. 2014-cü ildən etibarən Ermənistanın (Nyu-Yorkda) BMT-dəki daimi nümayəndəsi olub.

Xəbər lenti
0