Minsk Varşavadan Nexta Telegram kanalının yaradıcılarının həbs olunmasını tələb etdi

© Sputnik / Viktor TolochkoВид на город Минск
Вид на город Минск - Sputnik Azərbaycan
Abunə olmaq
Belarus Baş Prokurorluğundan onu da bildiriblər ki, əllərində Stepan Putilo və Roman Protaseviçin hazırda Polşa ərazisində, konkret olaraq paytaxt Varşavada olduqları barədə məlumat var.

BAKI, 17 noyabr — Sputnik. Belarus Baş Prokurorluğu Nexta Telegram kanalının yaradıcıları Stepan Putilo və Roman Protaseviçin həbs olunaraq ekstradisiya edilməsi tələbi ilə Polşa Ədliyyə Nazirliyinə müraciət edib. Sputnik Azərbaycan-ın "RİA Novosti"yə istinadən yaydığı xəbərə görə, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

"Belarus və Polşa respublikaları arasında 26 oktyabr 1994-cü il tarixli mülki, ailə, əmək və cinayət məsələləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında müqaviləyə əsasən, Belarusun Baş Prokurorluğu Stepan Putilo və Roman Protaseviçin həbs olunaraq ekstradisiya edilməsi tələbi ilə Polşa Ədliyyə Nazirliyinə müraciət ünvanlayıb", – deyə məlumatda qeyd olunur.

Belarus Baş Prokurorluğundan onu da bildiriblər ki, əllərində sözügedən şəxslərin hazırda Polşa ərazisində, konkret olaraq paytaxt Varşavada olduqları barədə məlumat var.

Qeyd edək ki, Belarus Nexta Telegram kanalının yaradıcıları Stepan Putilo və Roman Protaseviç haqqında beynəlxalq axtarış elan edib. Onlar Belarusda keçirilən prezident seçkisindən sonra "kütləvi iğtişaşlar və ictimai asayişi kobud şəkildə pozan qrup hərəkətləri təşkil etmə" maddələri ilə ittiham olunurlar. Bundan başqa, onlar "peşə mənsubiyyəti əsasında sosial düşmənçiliyi qızışdırmağa yönəlmiş qəsdən törədilən hərəkətlər"də də günahlandırılırlar.

Xəbər lenti
0