04:25 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
20 0 0

Xatırladaq ki, bu gün Ermənistanın Baş naziri Nikol Paşinyanın bu ölkənin Xarici İşlər naziri Zöhrab Mnatsakanyanı işdən çıxarmaq niyyətində olduğu barədə məlumat yayılmışdı.

BAKI, 16 noyabr - Sputnik. Ermənistan prezidenti Armen Sarkisyan xarici işlər naziri Zöhrab Mnatskanyanın istefa ərizəsini qəbul edib. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Xatırladaq ki, bu gün Ermənistanın Baş naziri Nikol Paşinyanın bu ölkənin Xarici İşlər naziri Zöhrab Mnatsakanyanı işdən çıxarmaq niyyətində olduğu barədə məlumat yayılmışdı. Həmçinin Mnatsakanyan artıq istefa ərizəsini yazdığı da bildirilirdi.

Qeyd edək ki, Zöhrab Mnatsakanyan 12 may 2018-ci ildə Ermənistanın Xarici İşlər naziri təyin edilib. Buna qədər o, 2002-2008-ci illərdə Ermənistanın BMT-nin Cenevrə Ofisində Daimi Nümayəndəsi olmuş və həmçinin eyni illərdə İsveçrənin (Cenevrədə qalmaqla) səfiri vəzifəsini icra edib. 2008-2011-ci illər arasında Ermənistanın Avropa Şurası yanında Daimi Nümayəndəsi (Strasburqda), 2011 ilə 2014 arasında Xarici İşlər Nazirinin müavini və Avropa Birliyi-Ermənistan tərəfdaşlıq sazişinin baş müzakirəçisi olaraq çalışıb. 2014-cü ildən etibarən Ermənistanın (Nyu-Yorkda) BMT-dəki daimi nümayəndəsi olub.

Teqlər:
istefa ərizəsi, baş nazir Nikol Paşinyan, xarici işlər naziri Zöhrab Mnatsakanyan, Ermənistan prezidenti Armen Sarkisyan

Əsas mövzular