21:56 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
30511

Ermənistan Prezidenti Armen Sarkisyan növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı müraciət edib.

BAKI, 16 noyabr - Sputnik. Ermənistan Prezidenti Armen Sarkisyan xalqa müraciət edib. Sputnik Ermənistan-ın xəbərinə görə, Sarkisyan Milii Məclisi və hökuməti növbədənkənar parlament seçkilərinə hazırlaşmağa çağırıb.

Onun sözlərinə görə, Ermənistan müharibədə həm döyüş meydanında, həm də diplomatik arenada uduzub. Ölkə artıq nə 26 sentyabrda, nə də müharibənin sonuna bir gün qalmış - 8 noyabrda olan dövlət deyil.

"Qarabağ yaralıdır. Cəmiyyətimiz çalxalanır. Yaralı iqtisadiyyat nəhəng sosial problemlərlə yüklənib. Qarabağdan böyük insan kütləsinin axını nəticəsində humanitar fəlakət baş verib... Biz reallığı görməzdən gələrək adi tərzdə yaşayışımızı davam etdirə bilmərik", - müraciətdə deyilir.

Sarkisyanın sözlərinə əsasən, son günlər ərzində o parlamentdəki və parlamentdənkənar qüvvələrlə, ictimai qruplar və fərdlərlə bir neçə görüş keçirib, diaspora nümayəndələri ilə telefon söhbətləri aparıb. Mütləq əksəriyyətin fikri belədir - hökumət buraxılmalıdır, Nazirlər Kabinetinin səlahiyyətlərinə xitam verilməlidir və erkən parlament seçkiləri keçirilməlidir.

Prezident əmindir ki, müharibənin bitməsinə baxmayaraq, erməni xalqı yeni sınaqlar dövrünə qədəm qoyur və hər bir səhvin faciəvi nəticələri ola bilər.

Görüşlər və məsləhətləşmələrin nəticələrinə əsasən, prezident Sarkisyan hesab edir ki, vəziyyətdən yeganə ləyaqətli çıxış yolu növbədənkənar parlament seçkilərinin keçirilməsidir.

 

Teqlər:
Nazirlər Kabineti, hökumət, müharibə, parlament, Ermənistan prezidenti Armen Sarkisyan

Əsas mövzular