07:39 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
31 0 0

Xatırladaq ki, ABŞ kütləvi informasiya vasitələri Cozef Baydenin Amerikanın yeni prezidenti olduğunu yazıblar.

BAKI, 16 noyabr — Sputnik. Birləşmiş Ştatların hazırkı Prezidenti Donald Tramp bu ilin noyabrında ölkədə keçirilən seçkilərdə qalib gəldiyini iddia edib. Sputnik Azərbaycan xəbər verir ki, Donald Tramp öz səhifəsində bununla bağlı məlumat paylaşıb.

"Mən seçkini uddum!", - deyə Ağ Ev sahibi öz hesabında yazıb.

Xatırladaq ki, ABŞ kütləvi informasiya vasitələri Cozef Baydenin Amerikanın yeni prezidenti olduğunu yazıblar. Bu ana olan məlumata görə, hazırkı prezident, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Seçicilər Kollegiyasının 232, onun Demokratlar partiyasından olan rəqibi Co Bayden isə 290 səsini alıb. Hazırkı prezident Donald Tramp qalib gəldiyini, lakin onlara verilən səslərin rəqib Demokratlar Partiyası tərəfindən oğurlandığını iddia edib. Trampın seçki qərargahı səsləri yenidən hesablamağı tələb etmək niyyətindədir.

Teqlər:
ABŞ, Prezident seçkiləri, Co Bayden, Donald Tramp

Əsas mövzular