QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Türkiyə MN: İşğal altındakı bütün torpaqlar Azərbaycana qaytarılmalıdır

© © REUTERS/Alp Eren KayaТурецкие военные
Турецкие военные - Sputnik Azərbaycan
Abunə olmaq
İşğal altındakı bütün torpaqlar Azərbaycana qaytarılmalıdır və bu məsələdə güzəştə getməyə imkan verməyəcəyik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 14 noyabr — Sputnik. "İmzalanan atəşkəs bəyanatındakı şərtlərin yerinə yetirilməsi, işğal altındakı bütün torpaqların Azərbaycana qaytarılması, bölgədə sülh və əmin-amanlıq mühitinin yenidən təmin edilməsi prosesini çox yaxından izləyəcəyimizi, güzəştə getməyə imkan verməyəcəyimizi, ehtiyac olduğu halda tərəddüd etmədən Azərbaycana hər cür dəstəyi verəcəyimizi bir daha vurğulamaq istəyirik".

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirlər Türkiyə Milli Müdafiə Nazirliyinin həftəlik mətbuatı məlumatlandırma videosunda səsləndirilib.

"Öz torpaqlarını 30 ildən sonra işğaldan azad edən azərbaycanlı qardaşlarımızın zəfərini qeyd edir, sevincini paylaşırıq. Noyabrın 10-u gecə yarısından başlayan atəşkəs razılaşması ilə Ermənistanın işğalına son qoyulub, Azərbaycanın öz torpağı olan Qarabağ öz azadlığına qovuşub. Noyabrın 11-də bölgədəki atəşkəsə nəzarət və təftiş üçün yaradılmasına qərar verilən Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzi ilə bağlı memorandum imzalanıb. Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzi ilə bağlı imzalanan memorandumun tətbiq olunmasına dair metod və əsasların razılaşdırılması üçün Rusiya Federasiyası ilə müzakirələri davam etdirilir.

Heyətlər arasındakı ilk toplantı ötən gün Milli Müdafiə Nazirliyində baş tutub. Bu gün də toplantılara davam ediləcək.

İmzalanan atəşkəs bəyanatındakı şərtlərin yerinə yetirilməsi, işğal altındakı bütün torpaqların Azərbaycana qaytarılması, bölgədə sülh və əmin-amanlıq mühitinin yenidən təmin edilməsi prosesini çox yaxından izləyəcəyimizi, güzəştə getməyə imkan verməyəcəyimizi, ehtiyac olduğu halda tərəddüd etmədən Azərbaycana hər cür dəstəyi verəcəyimizi bir daha vurğulamaq istəyirik. Azərbaycanın davası bizim davamız, sevinci sevincimiz, kədəri kədərimizdir", - nazirliyin bəyanatında qeyd olunub.

Xəbər lenti
0