Türk musiqisinin "İmperator"u müflis oldu - müəllif hüquqlarını əlindən alıblar

© AFP 2023 / SAFIN HAMEDİbrahim Tatlısəs
İbrahim Tatlısəs - Sputnik Azərbaycan
Abunə olmaq
İbrahim Tatlısəsin 10 illik ayrılıqdan sonra ekranlara qayıdışı bu gecə baş verəcək. Belə ki, "İbo Show" proqramının ilk buraxılışı bu axşam saat 21.00-da Star TV-də yayımlanacaq

 

BAKI, 14 noyabr — Sputnik. 10 ildən sonra tamaşaçıları ilə yenidən "İbo Show"" proqramında görüşən, türk musiqisinin "İmperator"u adlandırılan İbrahim Tatlısəs ötən gün mətbuat konfransı keçirib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, mətbuat konfransında İbrahim Tatlısəs yenidən musiqiyə qayıtmasının əsl səbəbkarı kimi Ebru Gündeşin adını çəkib. Onun sözlərinə görə, Ebru Gündeş də ağır xəstəliyə qalib gəlib, yenidən səhnəyə qayıtmışdı. İndi isə həmin yolla özünün getdiyini bildirən İbrahim Tatlısəs: "75 yaşıma qədər mahnı oxuya bilərəm" deyib.

"İmperator"un mətbuat nümayəndələrinə verdiyi sonrakı açıqlama gözlənilməz olub. Belə ki, mal-mülkləri və bank hesablarına əl qoyulduğunu söyləyən İbrahim Tatlısəs: "Əsas məsələ odur ki, müəllif hüquqlarımı da əlimdən alıblar. Haqqsız yerə mənə qarşı belə hərəkət ediblər. Eyib deyilən bir şey var. Borcun alınması üzrə icra qoyan insan ölüb getsə, onda nə olacaq?" deyən sənətkar, səbrlə hadisələrin sonunu gözləyəcəyini də açıqlayıb.

Qeyd edək ki, İbrahim Tatlısəsin 10 illik ayrılıqdan sonra ekranlara qayıdışı bu gecə baş verəcək. Belə ki, "İbo Show" proqramının ilk buraxılışı bu axşam saat 21.00-da Star TV-də yayımlanacaq.

Xəbər lenti
0