Paşinyan əleyhinə aksiyalar davam edir: O istefa verməyincə, evə getməyəcəyik

© AFP 2023Премьер-министр Армении Никол Пашинян, фото из архива
Премьер-министр Армении Никол Пашинян, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda Yerevanda aksiya davam edir. Ermənilər Paşinyan istefa verməyənə qədər sakitləşməyəcəklərini və evlərinə getməyəcəklərini bəyan ediblər.

BAKI, 14 noyabr — Sputnik. Ermənistanın paytaxtı Yerevanda bu ölkənin baş nazir Nikol Paşinyana qarşı etiraz aksiyası keçirilir. Sputnik Ermənistan xəbər verir ki, etirazçılar Nikol Paşinyanın dərhal istefa verməsini tələb edirlər.

Aksiyaya həmçinin hərbi formada olan bir qrup şəxs də qatılıb. Jurnalistlərlə danışıqları zamanı onlar Qarabağdan gəldiklərini bildiriblər.

Hazırda Yerevanda aksiya davam edir. Ermənilər Paşinyan istefa verməyənə qədər sakitləşməyəcəklərini və evlərinə getməyəcəklərini bəyan ediblər.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılır. 2020-ci il noyabrın 15-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Xəbər lenti
0