03:14 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
15 0 0

Ermənistanda son gündə daha 29 nəfər koronavirusdan ölüb. Ümumilikdə bu ölkədə virusdan ölənlərin sayı 1697-ə çatıb.

BAKI, 13 noyabr — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 114383-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 1703 nəfər artıb.

Ermənistanda son gündə daha 29 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 1697-ə çatıb. Xəstəlikdən sağalanların sayı 70130 nəfər olub. Hazırda bu ölkədə 40130 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 53 milyonu keçib, 1,29 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Əsas mövzular