03:18 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
54 0 0

Aktrisanın 2016-2017 və 2018-ci illərdə sosial mediada paylaşdığı 4 statusda dövlət başçısının ünvanına təhqir dolu ifadələr səsləndirdiyi, həmçinin FETÖ/PDY-ni təriflədiyi iddia edilir

BAKI, 12 noyabr — Sputnik. Türkiyənin tanınmış aktrisası Nilüfer Aydan 4 il 8 ay müddətində azadlıqdan məhrum edilə bilər.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, 80 yaşlı aktrisanın cəzalanmasına səbəb sosial media hesabından Rəcəb Tayyib Ərdoğanla bağlı paylaşdığı təhqiramiz ifadələr olub. Belə ki, 2016-2017 və 2018-ci illərdə sosial mediada paylaşdığı 4 statusda dövlət başçısının ünvanına təhqir dolu ifadələr səsləndirdiyi, həmçinin FETÖ/PDY-ni təriflədiyi iddia edilir.

Qocaman aktrisa isə araşdırmaların aparıldığı müddətdə adıçəkilən paylaşımları özünün etmədiyini, parkda oturarkən telefonunu əmanət etdiyi gənclərin paylaşım etdiklərini söyləyib.

"Yaşıma görə sosial mediadan və ümumiyyətlə müasir texnologiyalardan yetərincə məlumatım yoxdur. Sosial media hesabımda nəsə yazmaq lazım olanda ətrafımdakı gənclərdən yardım alıram. Həmin gün də elə etdim. Parkda oturmuşdum. Telefonumu yanımda əyləşən bir neçə gəncə əmanət edərək, dediklərimi yazmağı xahiş etdim. Görünür ki, onlar özlərindən də əlavələr edərək, artıq-əskik sözlər yazıblar", - Nilüfer Aydan məhkəməyə bu şəkildə ifadə verib.

Qeyd edək ki, məhkəmə Nilüfer Aydanın 1 il 2 aydan 4 il 8 ayadək azadlıqdan məhrum edilməsini tələb edib.

80 yaşlı sənətkar yaxın günlərdə İstanbul Anadolu Məhkəməsində hakim qarşısına çıxacaq.

Əsas mövzular