Etirazçılar Paşinyana ultimatum verdilər - gəcəyarısınadək get

© SputnikАкция протеста перед зданием Парламента Армении
Акция протеста перед зданием Парламента Армении - Sputnik Azərbaycan
Abunə olmaq
"Çiçəklənən Ermənistan" müxalifət partiyası Yerevanın Qarabağ üzrə yeni danışıqlarda iştirakını ləğv etmək üçün parlamentin növbədənkənar sessiyasının çağırılması üçün imza toplayır

BAKI, 11 noyabr - Sputnik. Yerevanda etiraz mitinqinə çıxan insanlar Bakı ilə sülh bəyanatını imzalayan Ermənistanın baş naziri Nikol Paşinyana ultimatum irəli sürüblər.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, onlar Paşinyana könüllü istefa verməsi üçün gecəyarısınadək vaxt veriblər.

Müxalifətçilər ölkənin parlamenti və Azadlıq meydanına toplaşaraq "satqın Nikol" qışqırırlar.

Bu ərəfədə "Arabo" könüllü dəstəsinin komandiri Manvel Yegizaryan deputatlara parlamentə gələrək Paşinyanın imzaladığı bəyannamənin deratifikasiya prosesini başlamalarını tələb edib. Həmçinin bildirilir ki, "Çiçəklənən Ermənistan" müxalifət partiyası Yerevanın Qarabağ üzrə yeni danışıqlarda iştirakını ləğv etmək üçün parlamentin növbədənkənar sessiyasının çağırılması üçün imza toplayır.

Sputnik-in məlumatına görə, iclasın keçirilməsi üçün 33 deputatın imzası, kvorum üçün isə 67 deputatın iştirakı lazımdır. "Maariflənmiş Ermənistan"ın 17, "Çiçəklənən Ermənistan" fraksiyasının 26 mandatı var. Paşinyanın "Mənim addımım" blokunun da səsləri tələb olunur.

Xəbər lenti
0