20:26 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
162 0 0

Bununla yanaşı, Fransada ofisi və qərargahı olan diplomatik nümayəndəliklərdə, konsulluqlarda çalışan əcnəbi vətəndaş pasportu olan şəxslər, onların həyat yoldaşları və uşaqları ölkəyə daxil ola biləcəklər.

BAKI, 10 noyabr — Sputnik. Fransa hakimiyyəti Gürcüstan da daxil olmaqla, ölkəyə giriş qaydalarına dəyişiklik edib.

Sputnik Gürcüstan xəbər verir ki, Gürcüstan və Avropa İttifaqına daxil olmayan digər Şengen ölkələrindən Fransız metropoluna giriş məhdudlaşdırılıb.

Noyabrın 11-dən etibarən ölkəyə Fransada yaşayış yeri və aktiv pasportu olan və ancaq Avropa İttifaqına daxil olan ölkələrin vətəndaşları, onların ailələri və uşaqları daxil ola biləcək. Bununla yanaşı, Fransada ofisi və qərargahı olan diplomatik nümayəndəliklərdə, konsulluqlarda çalışan əcnəbi vətəndaş pasportu olan şəxslər, onların həyat yoldaşları və uşaqları ölkəyə daxil ola biləcək.

Bundan başqa, hər bir sərnişinin koronavirus simptomları olmadığına dair sənədi olmalıdır. Həmin sənədin kağız üzərində və ya rəqəmsal nüsxəsi bilet istifadə edilməmişdən öncə nəqliyyat şirkətinə təqdim edilməlidir. Eyni zamanda həmin sənəd, ənənəvi sənədlərlə yanaşı Fransanın daxili sərhədlərində də təqdim edilməlidir.

Bu sənədin olmaması aviaşirkətin sərnişini gəminin göyərtəsinə daxil olmağa icazə verməməsinə səbəb ola bilər.

Əsas mövzular