10:44 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (1127)
44402

Paşinyan həmçinin əlavə edib ki, müharibənin davam etdirilməsi üçün səfərbərliklə bağlı problemlər var idi.

BAKI, 10 noyabr — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan Silahlı Qüvvələrinin tövsiyəsindən sonra Qarabağla bağlı müqaviləni imzalamağa qərar verdiyini bildirib. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verib.

O əlavə edib ki, müharibənin davam etdirilməsi üçün səfərbərliklə bağlı problemlər var idi.

Paşinyan qeyd edib ki, hərbçilərin israrı ilə Qarabağ üzrə razılaşmaya gedib: “Ordu deyirdi ki, biz dayanmalıyıq, çünki bizim müəyyən problemimiz var, bu problemlərin həlli perspektivi aydın deyil və resurs qurtarıb”.

Xatırladaq ki, Prezident İlham Əliyev Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin iştirakı ilə imzalanmış sənədin mətnini açıqlayıb. Bəyanatın mətnini diqqətinizə təqdim edirik:

"Biz, Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının Baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin aşağıdakıları bəyan edirik:

1. Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi fəaliyyətin Moskva vaxtı ilə 10 noyabr saat 00.20-dən etibarən tam dayandırılması barədə elan olunur. Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası tutduqları mövqelərdə dayanırlar.

2. 2020-ci il noyabrın 20-dək Ağdam rayonu və erməni tərəfinin Azərbaycan Respublikasının Qazax rayonunda əldə saxladığı ərazilər Azərbaycan tərəfinə qaytarılır.

3. Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının 1960 nəfər hərbi qulluqçudan, 90 zirehli transportyordan, 300 vahid avtomobil və xüsusi texnikadan ibarət sülməramlı kontingenti yerləşdirilir.

4. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı birləşmələrinin çıxarılması ilə paralel olaraq yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin müddəti Tərəflərdən hansısa birinin müddətin bitməsinə 6 ay qalmış bu müddanın tətbiqinə xitam vermək barədə bəyanatla çıxış etməsə avtomatik növbəti 5 illik dövrlər üçün artırılmaqla 5 ildir.

© Official website of President of Azerbaijan Republic

5. Tərəflərin razılaşmalara əməl etməsinə nəzarətin effektivliyini artırmaq məqsədi ilə atəşkəsə nəzarət üzrə sülhyaratma mərkəzi təşkil olunur.

6. Ermənistan Respublikası 2020-ci il noyabrın 15-dək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 2020-ci il dekabrın 1-dək Laçın rayonunu qaytarır, Dağlıq Qarabağın Ermənistanla əlaqəsini təmin edəcək və Şuşa şəhərindən keçməyəcək Laçın dəhlizi Ermənistan Respublikasına qalır (eni 5 km).

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Bu marşrutun mühafizəsi üçün Rusiya sülməramlı kontingenti cəlb olunacaq.

Azərbaycan Respublikası Laçın dəhlizi üzrə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə hərəkətinin təhlükəsizliyinə zəmanət verir.

7. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdırlar.

8. Hərbi əsirlər və digər saxlanılan şəxslər, həlak olanların cəsədləri qaytarılır.

9. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa olunur. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edir. Nəqliyyat əlaqəsinə nəzarəti Rusiya FTX-nın Sərhəd Xidmətinin orqanları həyata keçirir.

Tərəflərin razılaşması əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının tikintisi təmin olunacaq".

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1127)
Teqlər:
etiraf, ordu, Nikol Paşinyan, razılaşma, Qarabağ, erməni təcavüzü, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi

Əsas mövzular