Ərəb ölkəsində İslamda haram sayılan iki şeyə icazə verildi

© Depositphotos.com / HalfpointМолодые люди босиком в квартире
Молодые люди босиком в квартире - Sputnik Azərbaycan
Abunə olmaq
Birləşmiş Ərəb Əmirliklərində inqilabi təsir yaradacaq qərara imza atılıb: Spirtli içki istehlakına görə cəzalar ləğv edilib və evli olmayan cütlüklərin birlikdə yaşamalarına icazə verilib.

BAKI, 9 noyabr — Sputnik. Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) inqilabi bir təsir yaradacaq qərara imza atılıb.

Sputnik Azərbaycan "Sözcü"yə istinadla xəbər verir ki, yeni qərara görə, spirtli içki istehlakına görə cəzalar ləğv edilib və evli olmayan cütlüklərin birlikdə yaşamalarına icazə verilib.

Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Xəlifə bin Zayid Əl Nəhyan qanunvericiliyə edilən bu dəyişiklikləri təsdiqləyib.

Dəyişikliyə görə, BƏƏ-də alkoqol istehlakı artıq cinayət hesab edilməyəcək və spirtli içki içmək üçün ən az 21 yaşında olmaq lazımdır. Spirtli içkiləri ancaq evdə və ya icazə verilmiş məkanlarda içmək mümkün olacaq.

Qeyd edək ki, bundan öncə BƏƏ-də yalnız 21 yaşdan yuxarı turistlərin və qeyri-müsəlman xarici vətəndaşların spirtli içki qəbul etməsinə icazə verilirdi.

Xəbər lenti
0