22:05 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (1158)
86 0 0

Bəzi banklar və digər müvafiq qurumlar çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə öhdəliklərinin pozulub-pozulmadığını araşdırırlar.

BAKI, 8 noyabr — Sputnik. "Ən azı iki böyük Avstraliya bankı burada toplanan və hesabları vasitəsilə Ermənistana köçürülən pullarla bağlı araşdırma başlatdı. Bizə kaset bombaları kimi qadağan olunmuş döyüş sursatlarının satın alınmasını təmin edərək insanlığa qarşı cinayətlərə şərik olmaqdan qorxduqları bildirildi".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Avstraliya Türk Vəkillər İttifaqı məlumat yayıb. Bildirilib ki, bu yaxınlarda “Amnesty International” Ermənistan tərəfindən Bərdədə mülki əhaliyə qarşı kaset bombalarından istifadəni təsdiqləyib: "Bəzi banklar və digər müvafiq qurumlar çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə öhdəliklərinin pozulub-pozulmadığını araşdırırlar, çünki  Avstraliya pullarının yekun olaraq hara çatdırıldığını izləmək demək olar ki, mümkünsüzdür".

"Bu barədə əlavə məlumat alınan kimi ətraflı məlumat veriləcək", - yayılan məlumatda qeyd olunur.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1158)

Əsas mövzular