SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

NATO baş katibindən Baydenə eyhamlı təbrik

© REUTERS / Francois LenoirNATO-nun baş katibi Yens Stoltenberq
NATO-nun baş katibi Yens Stoltenberq  - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-ın nəhəng KİV-ləri də keçmiş vitse-prezidentin qalib gəldiyini yazıblar. Donald Tramp isə Baydenin qələbəsinə şübhə edir və özünün qalib gəldiyini məhkəmə ilə sübuta yetirəcəyini deyir

BAKI, 7 noyabr – Sputnik. NATO-nun baş katibi Yens Stoltenberq Co Baydeni ABŞ-dakı prezident seçkisində qələbə qazanması münasibətilə təbrik edib və qeyd edib ki, alyansla Vaşinqton birlikdə bir sıra təhdidlərə, o cümlədən Rusiyadan olan təhlükələrə birlikdə sinə gərəcəklər.

“Co Baydenin ABŞ prezidenti seçilməsini alqışlayıram. Onu NATO-nun və transatlantik əlaqələrin qatı tərəfdarı kimi tanıyıram”, - Stoltenberq yazıb.

O vurğulayıb ki, həm ABŞ, həm də Avropa NATO-nun güclü olmasında maraqlıdırlar.

“Qarşılaşdığımız çoxsaylı problemləri, o cümlədən inadkar Rusiya, beynəlxalq terrorizm, kiber və raket təhlükəsini, Çinin inkişafı ilə əlaqədar qlobal balansın dəyişməsi kimi məsələləri aşmaq üçün bu kollektiv gücə ehtiyacımız var”, - Stoltenberq bildirib.

Bayden şənbə günü prezident seçkisində qalib gəldiyini bəyan edib və bütün amerikalıların prezidenti olmağa söz verib. ABŞ-ın nəhəng KİV-ləri də keçmiş vitse-prezidentin qalib gəldiyini yazıblar. Donald Tramp isə Baydenin qələbəsinə şübhə edir və özünün qalib gəldiyini məhkəmə ilə sübuta yetirəcəyini deyir.

Xəbər lenti
0