16:20 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
DÜNYA
Qısa URL
59 0 0

Bir qədər əvvəl ABŞ KİV-i Cozef Baydenin Amerikanın yeni prezidenti seçildiyi barədə məlumat yayıb. Sonra Bayden özü də bunu elan edib

BAKI, 7 noyabr - Sputnik. ABŞ Prezidenti Donald Trampın qərargahından bildiriblər ki, Co Bayden özünü yeni prezident elan etməkdə tələsib.

"Hamımız bilirik ki, Co Bayden qalib kimi yalandan poza verməyə tələsir. KİV-dəki tərəfdaşlarının da niyə ona kömək etməyə çalışdığını bilirik: onlar istəmirlər ki, həqiqət açılsın", - Trampın yazılı bəyanatında deyilir.

Qeyd edək ki, bir qədər əvvəl ABŞ KİV-i Cozef Baydenin Amerikanın yeni prezidenti seçildiyi barədə məlumat yayıb. Sonra Bayden özü də bunu elan edib. Tramp isə nəticələrin məhkəmədə araşdırılacağına söz verib. 

Teqlər:
Donald Tramp, Cozef Bayden, prezident seçkisi, ABŞ

Əsas mövzular