06:14 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
4801

Öz klubunda qolf oynayan respublikaçıların namizədi Donald Tramp isə prezidenti xəbər KİV-lərinin deyil, seçici səslərinin təyin etdiyini bildirib

BAKI, 7 noyabr - Sputnik. Demokratlar partiyasından prezidentliyə namizəd Cozef Bayden seçkidə qalib gəldiyini elan edib.

"Amerika xalqının mənə etimad edərək prezident seçməsi mənim üçün böyük şərəfdir", - siyasətçi deyib.

Bayden qeyd edib ki, builki seçkidə rekord sayda amerikalı səs verib.

Qeyd edək ki, bir qədər əvvəl ABŞ-ın aparıcı KİV-ləri Baydenin seçildiyini proqnozlaşdırmışdı. AP agentliyi, NBC və CNN telekanallarının hesablamalarına görə, Bayden gərəkli olan 270 seçicinin səsini yığa bilib.

Öz klubunda qolf oynayan respublikaçıların namizədi Donald Tramp isə prezidenti xəbər KİV-lərinin deyil, seçici səslərinin təyin etdiyini bildirib. Onun sözlərinə görə, Bayden heç bir, o cümlədən rəqabətin güclü olduğu ştatda rəsmi olaraq qalib elan edilməyib.

Teqlər:
Donald Tramp, Co Bayden, prezident seçkisi, ABŞ

Əsas mövzular