08:18 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
5501

İlkin proqnozlara görə, Bayden liderdir, ancaq hazırkı prezident Donald Tramp ilkin nəticələrə şübhə edir

BAKI, 7 noyabr - Sputnik. ABŞ kütləvi informasiya vasitələri Cozef Baydenin Amerikanın yeni prezidenti olduğunu yazıblar.

Sputnik Azərbaycan-ın məlumatına görə, AP agentliyi və NBC və CNN telekanalları Baydenin seçildiyini proqnozlaşdırıblar. Onların hesablamalarına görə, Bayden gərəkli olan 270 seçicinin səsini yığa bilib.

ABŞ-da prezident seçkisi noyabrın 3-də keçirilsə də, nəticələri hələ də bəlli deyil. İlkin proqnozlara görə, Bayden liderdir, ancaq hazırkı prezident Donald Tramp ilkin nəticələrə şübhə edir.

Səslərin sayılması bir sıra ştatlarda rəsmi olaraq başa çatmayıb.

Tramp isə bu arada özünə məxsus klubda qolf oynamağa gedib.

Teqlər:
CNN, AP, Cozef Bayden, prezident seçkisi, ABŞ

Əsas mövzular