Lukaşenko Belarusu nüvə ölkəsi adlandırdı, bir ölkə onunla ticarəti dayandırdı

© © BelTA Pool Photo via APПрезидент Белоруссии Александр Лукашенко, фото из архива
Президент Белоруссии Александр Лукашенко, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Enerji bloku noyabrın 3-də ölkənin vahid enerji sisteminə daxil edilib. İstifadəyə verilməsi 2021-ci ilin əvvəlinə planlaşdırılır. İkinci enerji blokunun işə salınması 2022-ci ildə gözlənilir

BAKI, 7 noyabr — Sputnik. Belarusun Prezidenti Aleksandr Lukaşenko atom elektrik stansiyasının açılışından sonra ölkəni nüvə ölkəsi adlandırıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Lukaşenko açılışda iştirak etmək üçün AES ərazisinə gəlib. Proqrama görə, o, birinci enerji blokunun binasını ziyarət etməli və elektrik gücünü 400 meqavatadək artırmağa icazə verməli idi.

Enerji bloku noyabrın 3-də ölkənin vahid enerji sisteminə daxil edilib. İstifadəyə verilməsi 2021-ci ilin əvvəlinə planlaşdırılır. İkinci enerji blokunun işə salınması 2022-ci ildə gözlənilir.

Qeyd edək ki, enerji sisteminə qoşulma elanından dərhal sonra Litva Belarusla bütün elektrik ticarətlərini dayandırıb.

Bu qərar o deməkdir ki, nə Belarus, nə də Rusiya Estoniya və Latviyaya elektrik enerjisi sata biləcək, çünki Litva idxal üçün giriş nöqtəsidir.

Xəbər lenti
0