Qərar verildi: ABŞ İsrailə F-22 satacaq

© © US Air Force / AFPF-22 Raptor qırıcısı, arxiv şəkli
F-22 Raptor qırıcısı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bloomberg-in ötən ay verdiyi məlumata görə, ABŞ Dövlət departamenti 50 F-35 qırıcısının BƏƏ-yə satılması təklifi üçün Konqresi dəstəklədiyini bildirmişdi

BAKI, 7 noyabr — Sputnik. ABŞ İsrailə beşinci nəsil F-22 Raptor qırıcılarını satacağını təsdiqlədi.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinə F-35 Lighthing II satmağa qərar verdikdən sonra, ABŞ İsrailə 10, 4 milyard dollara 50-yə yaxın F-22 Raptor satmaq qərarına gəlib. Bu qabaqcıl döyüş təyyarələri heç bir zaman xaricə satılmadığı üçün bu qərar gözlənilməz idi.

Bloomberg-in ötən ay verdiyi məlumata görə, ABŞ Dövlət departamenti 50 F-35 qırıcısının BƏƏ-yə satılması təklifi üçün Konqresi dəstəklədiyini bildirmişdi.

Xəbər lenti
0