SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanlı qadın Ukraynada deputat seçildi

© Photo : AZƏRTACDinara Həbibullayeva, arxiv şəkli
Dinara Həbibullayeva, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Digər namizədlər Birləşmiş Ukrayna Azərbaycanlılar Konqresinin Krivoy Roq şəhəri üzrə sədri Rəmzi Rzyaev, Xarkov şəhəri, 170 saylı birmandatlı seçki dairəsindən Nuriyev Ağamirzə, Dnepr və Poltova vilayətindən millət vəkili olmuş Muxtarov Fəxrəddin olub.

BAKI, 7 noyabr — Sputnik. Ukraynada yaşayan həmyerlimiz Kiyev Şəhər Şurasının deputatı seçilib.

Sputnik Azərbaycan xəbər verir ki, oktyabrın 25-də keçirilən seçkinin nəticələrinə görə, Dinara Həbibullayeva keçmiş prezident Petro Poroşenkonun sədri olduğu "Avropa həmrəyliyi" Partiyasından Kiyev Şəhər Şurasının deputatı seçilib.

Qeyd edək ki, seçkidə D.Həbibullayevadan əlavə, 3 azərbaycanlı namizəd olub. Onlar Birləşmiş Ukrayna Azərbaycanlılar Konqresinin Krivoy Roq şəhəri üzrə sədri Rəmzi Rzyaev, Xarkov şəhəri, 170 saylı birmandatlı seçki dairəsindən Nuriyev Ağamirzə, Dnepr vvə Poltova vilayətindən millət vəkili olmuş Muxtarov Fəxrəddindir.

Xəbər lenti
0