16:26 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
37 0 0

ABŞ-da prezident seçkisi noyabrın 3-də keçirilsə də, nəticələri hələ də bəlli deyil. İlkin proqnozlara görə, Bayden liderdir, ancaq hazırkı prezident Donald Tramp ilkin nəticələrə şübhə edir

BAKI, 7 noyabr — Sputnik. Demokratlar partiyasının ABŞ prezidentliyinə namizədi Cozef Bayden seçicilərin mandatını koronavirus, iqtisadiyyat, iqlim dəyişikliyi kimi məsələlərə görə aldığını deyib.

"Hər keçən saatla bəlli oldu ki, müxtəlif irqdən, məzhəbdən, dindən... olan amerikalılar COVID-ə, iqtisadiyyata, iqlim dəyişikliyinə, sistemli irqçiliyə reaksiyaya görə bizə mandat veriblər. Onlar açıq-aydın mesaj verdilər ki, ölkənin qütbləşməsini deyil, birləşməsini istəyirlər. İnsanlar 74 milyon səslə öz varlıqlarını nümayiş etdirdilər", - deyə Bayden Delaver ştatındakı tərəfdaşlarına müraciətində deyib.

O vurğulayıb ki, artıq Amerika tarixində rekord sayda səs ala bilib.

ABŞ-da prezident seçkisi noyabrın 3-də keçirilsə də, nəticələri hələ də bəlli deyil. İlkin proqnozlara görə, Bayden liderdir, ancaq hazırkı prezident Donald Tramp ilkin nəticələrə şübhə edir.

Teqlər:
irqçi, iqlim dəyişikliyi, COVID-19, mandat, Co Bayden, prezident seçkisi, ABŞ

Əsas mövzular