16:39 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
18 0 0

Bu kadr dəyişikliyinə səbəb isə türk lirəsinin rekord səviyyədə ucuzlaşmasıdır. Noyabrın 6-na olan məlumata görə, 1 ABŞ dolları 8.5616 lirə, avro isə 10.17 TL olub

BAKI, 7 noyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Mərkəzi Bankının rəhbəri Murat Uysalı vəzifəsindən kənarlaşdırıb.

Sputnik Türkiyə bildirir ki, Uysalın əvəzinə Naci Ağbal təyin olunub. Bunadək Ağbal ölkə rəhbərinin strateji və büdcə idarəsinin başçısı vəzifəsində işləyirdi, həmçinin 2018-ci ilədək Maliyyə naziri olmuşdu.

Bu kadr dəyişikliyinə səbəb isə türk lirəsinin rekord səviyyədə ucuzlaşmasıdır. Noyabrın 6-na olan məlumata görə, 1 ABŞ dolları 8.5616 lirə, avro isə 10.17 TL olub. Qızılın qiyməti də rekord həddə qalxaraq qramı 535 lirəyə bərabər olub.

Teqlər:
avro, ABŞ dolları, türk lirəsi, dəyişiklik, rəhbər, Mərkəzi Bank, Türkiyə

Əsas mövzular