23:49 23 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
9310

Azərbaycan dövlət rəsmiləri TRT-nin uğurlu yayımını və dəstəyini həm şifahi, həm də sosial mediada təşəkkür mesajları ilə cavablandırıb.

BAKI, 6 noyabr — Sputnik. ""Azərbaycan mülki vətəndaşlara hücum edir" altyazısı səbəbilə tənqid olunan TRT Azərbaycan xalqından üzr istəyib və səhvə yol verən əməkdaşlarını işdən qovub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə telekanal rəsmi məlumat yayıb.

"TRT 27 sentyabr 2020-ci il tarixində Ermənistanın Azərbaycanda mülki şəxslərə hücumu ilə başlayan hərbi əməliyyatların ilk günündən bəri bölgədən süjetlər hazırlayır. Azərbaycan dövlət rəsmiləri TRT-nin uğurlu yayımını və dəstəyini həm şifahi, həm də sosial mediada təşəkkür mesajları ilə cavablandırıb. TRT xəbər kanalımızda müharibə cinayətləri törədən işğalçı Ermənistanın mülki vətəndaşlara etdiyi hücumlar barədə süjet gedərkən ekranda altyazı göstərilib. Səhv dərhal düzəldilib. Yayım siyasətimizə və vermək istədiyimiz mesajlara tamamilə zidd olan bu səhv üçün üzr istəyirik", - deyə açıqlamada bildirilib.

Əsas mövzular