Dünyaca məşhur reperin ABŞ prezidentlik xəyalı puç olub

© AP Photo / Michael WykeКанье Уэст, фото из архива
Канье Уэст, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Məğlub olduğunun fərqində olan reper "Twitter"də 2024-cü ildə yenidən prezidentliyə namizədliyini verəcəyini açıqlayıb

BAKI, 5 noyabr — Sputnik. Dünyaca məşhur reper Keyn Uestin ABŞ prezidenti olmaq xəyalı puç olub.

Sputnik Azərbaycan xəbər verir ki, 43 yaşlı ifaçı 12 əyalətdən cəmi 60 min 761 səs toplayıb.

Ona ən çox səs verən Tennesi əyalətinin sakinləri olub. Ümumilikdə Keynin səs faizləri 0,3% kimi hesablanıb. Məğlub olduğunun fərqində olan reper "Twitter"də 2024-cü ildə yenidən prezidentliyə namizədliyini verəcəyini açıqlayıb. Uest seçim kampaniyası üçün isə 5,9 milyon dollar xərclədiyini bildirmişdi.

Qeyd edək ki, K.Uest məşhur erməni Kim Kardaşyanın əridir. Reper əvvəllər K.Kardaşyan vasitəsilə populyarlıq qazanaraq zamanla medianın gündəmində qalmağı bacarıb.

Xəbər lenti
0