ABŞ-ın taleyi hakimlərin qərarından asılı ola bilər

© REUTERS / BRIAN SNYDERПрезидентские выборы в США, фото из архива
Президентские выборы в США, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İqor Kovalyov: "Tramp məhz bu səbəbdən öz nümayəndələrini ABŞ Ali Məhkəməsindəki boş yerlərə təyin etmək üçün belə tələsirdi"

BAKI, 5 noyabr — Sputnik. ABŞ-ın hazırkı prezidenti Donald Trampın seçki qərargahı daha iki ştatda səslərin düzgün hesablanmaması ilə bağlı məhkəməyə müraciət olunacağını istisna etməyib. Ali İqtisadiyyat Məktəbinin Dünya İqtisadiyyatı və Beynəlxalq Əlaqələr Fakültəsi dekanının birinci müavini İqor Kovalyov Sputnik radiosunun efirində mövcud vəziyyəti şərh edib.

Дональд Трамп и Мелания Трамп в Белом доме в день выборов в США - Sputnik Azərbaycan
FOTO
Tramp, yoxsa Bayden - ABŞ-da prezident seçkisi günü yaşanan vəziyyət

CNN-in verdiyi xəbərə görə, ABŞ-ın hazırkı Prezidenti Donald Trampın seçki qərargahı Arizona və Nevada ştatlarında səslərin yenidən sayılması ilə əlaqədar məhkəməyə müraciət edə bilər. Respublikaçılar yalnız seçkinin nəticəsini şübhə altına almaqla kifayətlənməyərək, həm də bu ştatlarda seçki prosesinin yekunlaşdırılmasını ləngitmək istəyirlər.

Bir qədər əvvəl Assoşieyted Press agentliyi də Trampın seçki qərargahının seçki komissiyası əməkdaşlarının poçtla aldıqları bülletenlərin sayılması və saxlanması zamanı qanuna riayət etmələri tələbi ilə Corciya məhkəməsinə müraciət etdikləri barədə xəbər yaymışdı. Trampın ofisi, eləcə də Miçiqan və Pensilvaniyada səslərin sayılması prosesinin dayandırılması məqsədilə məhkəməyə müraciət etmişdi.

Qeyd edək ki, çərşənbə axşamı, ABŞ-da prezident seçkisi keçirilsə də, bir sıra ştatlarda səsvermənin nəticələri hələ məlum deyil. Gecə saatlarında Tramp qələbəsini elan edərək demokratları "səslərin oğurlanması" cəhdində günahlandırıb. Hazırkı prezidentin seçki qərargahı bir sıra ştatlarda səslərin yenidən hesablanmasını tələb etmək niyyətindədir. Eyni zamanda, Amerikanın aparıcı televiziya kanallarının hesablamalarına görə, demokratların namizədi Jo Bayden liderdir və tam qələbə çalması üçün yalnız altı seçicinin səsini alması kifayətdir.

Sputnik radiosunun efirində Ali İqtisadiyyat Məktəbinin Dünya İqtisadiyyatı və Dünya Siyasəti Fakültəsi dekanının birinci müavini İqor Kovalyov seçki fonunda cəmiyyətdə ciddi radikallaşma təhlükəsinin olduğuni bildirib.

"Təəssüf ki, ABŞ-da prezident seçkisi, həmişəki kimi bir neçə gün deyil, uzun müddət əsas xəbər mövzusu olacaq. Birincisi bu, poçtla göndərilən səslərin sayılma prosesinin uzanması ilə əlaqədardır. İkincisi, rəqiblərdən heç biri öz məğlubiyyətini qəbul etməyəcək və məhkəmələrdən tutmuş etiraz aksiyalarına kimi ən müxtəlif yollarla hüquqlarını müdafiə etməyə başlayacaq. Co Baydenin tərəfdarları artıq küçələrdədir, Donald Trampın tərəfdarları da onlardan geri qalmayacaq. Elə təkcə onların səsvermə ərəfəsində Texasda özlərini necə apardıqlarını yada salmaq kifayətdir. Odur ki, radikallaşmanın artması, hətta toqquşmalar gözlənilir", – deyə İqor Kovalyov bildirib.

Ekspert onu da qeyd edib ki, Amerikanın aparıcı televiziya kanalları özləri də səslərin hesablanmasını aparırlar ki, bu da cəmiyyətdə əlavə gərginlik yaradır.

"Sözsüz ki, rəqəmlər bu xəbər kanallarını izləyən insanlara təsir göstərir, onlarda belə təəssürat yaranır ki, aldadılıblar. Onlar göstərilən rəqəmləri seçkinin real nəticəsi kimi qəbul edirlər ki, halbuki bu belə deyil. Rəsmi nəticəni gözləmək lazımdır. Hərçənd, onun belə heç də həmişə reallığı əks etdirmədiyini bilirik, çünki müxtəlif siyasi sövdələşmələr gedir. Amma hər bir halda, bu rəsmi nəticədir, qəzetlərin və ya televiziyaların elan etdiyi rəqəmlər deyil", – deyə Kovalyov vurğulayıb.

Onun sözlərinə görə, ABŞ məhkəmə sistemi bir daha seçkinin nəticəsinin müəyyənləşdirilməsində əsas rol oynaya bilər.

"Sözsüz ki, hələlik Trampın əsas vəzifəsi – özü də bu onun zorakılıq tətbiq etmədən qələbəsini müdafiə etmək üçün yeganə qanuni fürsətidir - məhkəmələrdə mübarizə aparmaqdır. Məhz bu səbəbdən o, məhkəmələrdə əsas rol oynaya biləcək nümayəndələrini ABŞ Ali Məhkəməsindəki boş yerlərə təyin etmək üçün belə tələsirdi. Seçki qanunsuzluqları ilə bağlı iddiaların Ali Məhkəməyə gedib çatma ehtimalı böyük olduğundan ABŞ-ın taleyi növbəti dəfə və daha ciddi şəkildə hakimlərin qərarından asılı olacaq. Yəni, ABŞ-dakı siyasi proseslərə vaxtaşırı müdaxilə edən məhkəmə hakimiyyəti bu seçkidə də əsas rol oynaya bilər" – ekspert belə hesab edir.

Xəbər lenti
0