20:30 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
16620

Geoloq İsmail Kuşçu: "İzmir şəhərinin içindəki fayların hərəkət etdiyini təsəvvür etsəniz, hadisənin nə qədər böyük olacağını və fəlakətin miqyasını düşünün".

BAKI, 5 noyabr — Sputnik. "İzmirdə daha güclü zəlzələ gözlənilir". Sputnik Azərbaycan CNN Türk-ə istinadla xəbər verir ki, bunu türkiyəli geoloq İsmail Kuşçu bildirib.

Onun sözlərinə görə, dənizdə kifayət qədər aktiv fay var və 70 kilometr uzaqda olan bir zəlzələ bu təsiri göstərir: "İzmir şəhərinin içindəki fayların hərəkət etdiyini təsəvvür etsəniz, hadisənin nə qədər böyük olacağını və fəlakətin miqyasını düşünün".

Geoloq İsmail Kuşçu 2008-ci ildə "İzmirdə aktiv faylar və seysmiklik" mövzusunda keçirilən toplantıda çox mərtəbəli binalar ilə bağlı İzmirə xəbərdarlıq etmişdi. Kuşçu bildirib ki, bu bölgələrdə çoxmərtəbəli binalar inşa edilməməlidir.

Qeyd edək ki, oktyabrın 30-da Türkiyənin İzmir şəhərində 6,6 bal gücündə zəlzələ olub. Yeraltı təkan nəticəsində 112 nəfər ölüb, yaralanan 137 nəfərin isə müalicəsi davam edir.

Əlaqədar

İzmirdə zəlzələdən ölən və yaralıların sayı artdı
İzmir zəlzələsi: 51 insanın ölümünə üzülərkən 33-cü saatda bir möcüzə gördülər
Türkiyədə güclü zəlzələ nəticəsində həlak olanların sayı artdı

Əsas mövzular