18:42 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
8 0 0

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 48 milyonu keçib, 1,22 milyondan çox adam isə virus səbəbilə ölüb.

BAKI, 5 noyabr — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 99563-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 2413 nəfər artıb.

Ermənistanda son gündə daha 28 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 1476-ya çatıb. Xəstəlikdən sağalanların sayı 60135 nəfər olub. Hazırda bu ölkədə 37562 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 48 milyonu keçib, 1,22 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Əsas mövzular