BAKI, 3 noyabr — Sputnik. Ağrı dağının Ermənistan tərəfə baxan hissəsində Azərbaycan və Türkiyə bayraqları proyeksiya olunacaq.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyənin Ağrı rayon bələdiyyəsinin sədri Savcı Sayan öz "Twitter" hesabında yazıb.
"Ağrı bələdiyyəsi olaraq bunun üzərində işləyirik. Bu görüntünü Ağrı dağının Ermənistana baxan tərəfində görəcəksiniz. Ümid edirəm, cəbhədəki Ermənistana "ruh yüksəkliyi" verər", - Sayan yazıb.
Ağrı Belediyesi olarak Hızlı bir çalışma yapıyoruz.. Yakında Ağrı Dağının Ermenistan"a bakan tarafında bu görüntüyü göreceksiniz.. Umarım Cephede ki Ermenistan"a moral olur! pic.twitter.com/LlSbFupb3i
— Savcı Sayan �������� (@SavciSayan) November 3, 2020