Fransadakı Türk məscidində qorxunc təxribat törədilib

© AFP 2023 / ZAKARIA ABDELKAFIМусульмане в мечети во Франции, фото из архива
Мусульмане в мечети во Франции, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dini İşlər üzrə Türk-İslam İttifaqı: "Vernon, Dünkerk və Kompyen şəhərlərindəki məscidlərimizə qarşı törədilmiş İslamofob hərəkətləri qınayırıq".

BAKI, 3 noyabr — Sputnik. Fransanın Kompyen şəhərindəki Türk məscidində təxribat törədilib. Naməlum şəxslər tərəfindən məscidə kəsilmiş iki vəhşi donuz başı qoyulub.

Sputnik Türkiyə-nin verdiyi məlumata görə, bu, son günlərdə Fransada hücuma məruz qalan sayca üçüncü məsciddir. Bundan əvvəl bir məscidi yandırmağa cəhd göstərmişdilər. Daha sonra bu ölkədəki məscidlərin birinin divarına təhqiramiz yazılar yazılmışdı.

Qeyd edək ki, sözügedən məscid Dini İşlər üzrə Türk-İslam İttifaqının nəzdində fəaliyyət göstərirdi. İttifaqın sosial media hesablarında baş verən hadisəni qınayan mesajlar paylaşılıb:

"Son vaxtlar Vernon, Dünkerk və Kompyen şəhərlərindəki məscidlərimizə qarşı törədilmiş İslamofob hərəkətləri qınayırıq. Artıq bu barədə səlahiyyətli orqanlara məlumat verilib. Ümid edirik ki, cinayətkarlar ən qısa zamanda tapılacaq".

Xəbər lenti
0