Vyanada sinaqoqa hücum olub: ölənlər var

© REUTERS / LEONHARD FOEGERНа месте происшествия в Вене
На месте происшествия в Вене - Sputnik Azərbaycan
Abunə olmaq
OE24 telekanalının məlumatına görə, hadisə zamanı 7 nəfər həlak olub. Hücum edənlərdən biri ələ keçib, ancaq onların bir neçə nəfər olduğu güman edilir

BAKI, 3 noyabr - Sputnik. Avstriya paytaxtı Vyanada sinaqoqa hücum olub.

Sputnik Azərbaycan Avstriyanın Kurier qəzetinə istinadən bildirir ki, məbəddə atəş səsləri eşidilib. Kronen Zeitung isə hücum edənin özünü partlatdığını yazıb. Vyana polisi atışma və yaralılar olduğunu təsdiqləyib, pulemyotdan atəş açıldığını, ən azı 50 dəfə atəş səsi eşidildiyini bildirib.

"Mərkəzdə atışma olub. Yaralılar var, bütün gücümüzü səfərbər etmişik. Xahiş olunur, bütün kütləvi yerlərdən uzaq durun", - Vyana polisi Twitter-də yazıb.

OE24 telekanalının məlumatına görə, hadisə zamanı 7 nəfər həlak olub. Hücum edənlərdən biri ələ keçib, ancaq onların bir neçə nəfər olduğu güman edilir.

 

Xəbər lenti
0