16:17 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
20 0 0

Oktyabrın 30-u və 31-də Egey dənizi bölgəsində, İzmirdə öncə 6.9, sonra 5 və 6,6 bal gücündə bir neçə zəlzələ olub.

BKAI, 2 noyabr - Sputnik. Türkiyənin Egey sahillərində, İzmirdə baş verən 6.6 bal gücündəki zəlzələdə həlak olanların sayı 92-yə yüksəlib.

Sputnik Azərbaycan NTV telekanalına istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində xəsarət alanların sayı 994 nəfərdir.

Hazırda 147 şəxs xəstəxanada müalicə alır, onlardan reanimasiyada yatan 10 nəfərdən üçünün vəziyyəti ağır olaraq qalır.

17 dağılmış binadan 12-də xilasetmə işləri dayandırılıb, digər beşindəki əməliyyatlardan isə insanlar ümidlə möcüzə gözləyirlər. Hadisə yerinə 7967 xilasedici, 25 K9 iti və 1071 texniki vasitə cəlb olunub.

Qeyd edək ki, oktyabrın 30-u və 31-də Egey dənizi bölgəsində, İzmirdə öncə 6.9, sonra 5 və 6,6 bal gücündə bir neçə zəlzələ olub. Güclü təkanların ardından 1323 afterşok qeydə alınıb, bunlardan 43-nün maqnitudası 4 baldan bir qədər yüksək olub.

Əlaqədar

Dünyaca məşhur yazar Türkiyəyə yardım etdi
İzmir zəlzələsi: 51 insanın ölümünə üzülərkən 33-cü saatda bir möcüzə gördülər
Ərdoğan İzmir fəlakətindən danışarkən İlham Əliyevin ona dəstək təklif etdiyi bildirib
İzmirdə seli lentə alan operator nənəsinin meyitini tapdı
Zəlzələdən sonra Türkiyədən ürək ağrıdan görüntülər - FOTO
Teqlər:
ölənlər və yaralılar, xilasetmə, afterşok, zəlzələ, İzmir, Türkiyə

Əsas mövzular