Lukaşenko Makrona səsləndi: "Müsəlmanları tənqid etmək sənə nə verəcək axı?"

© © BelTA Pool Photo via APПрезидент Белоруссии Александр Лукашенко, фото из архива
Президент Белоруссии Александр Лукашенко, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Biz müsəlmanları daşa tutmağı heç vaxt özümüzə rəva görmərik", – deyən Belarus Prezidenti bildirib ki, Makrona müsəlmanlarla münasibətini qaydaya salmaqda kömək etməyə hazırdır.

BAKI, 2 noyabr — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko müsəlmanlara qarşı tutduğu kəskin mövqeyə görə Fransa Prezidenti Emmanuel Makronu tənqid edib. Sputnik Belarus-un məlumatına görə, Lukaşenko özünün müsəlmanlarla çox yaxşı münasibətə sahib olduğunu vurğulayıb: "Müsəlmanlar bizə heç vaxt problem yaratmayıblar. Bütün seçkilərdə hakimiyyəti və prezident kimi məni 100 faiz dəstəkləyiblər. Biz heç vaxt müsəlmanlara qarşı Fransa prezidenti kimi davranmarıq, onların dini inancları ilə bağlı deyilən fikirləri dilə gətirmərik. Müsəlmanları tənqid etmək sənə nə verəcək axı? Bəlkə, Makronun onunla müsəlmanlar arasında vasitəçiliyə ehtiyacı var? Mən ona bu sahədə köməklik göstərə bilərəm. Çünki mənim müsəlmanlarla çox yaxşı münasibətim var".

Belarus Prezidenti bir daha vurğulayıb ki, "insanların dini inanclarına qarışmaq qətiyyən qəbul edilən deyil". "Biz müsəlmanları daşa tutmağı heç vaxt özümüzə rəva görmərik", – deyə Lukaşenko bildirib.

Xəbər lenti
0