Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Ermənistanda bir gündə 28 nəfər koronavirusdan öldü

© AFP 2023 / SPENCER PLATTМедицинские работники принимают пациентов с коронавирусом
Медицинские работники принимают пациентов с коронавирусом - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

BAKI, 2 noyabr — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 93448-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 1194 nəfər artıb.

Министр внутренних дел Турции Сулейман Сойлу, фото из архива - Sputnik Azərbaycan
Türkiyədə nazir koronavirusa yoluxdu

Ermənistanda son gündə daha 28 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 1391-ə çatıb. Xəstəlikdən sağalanların sayı 56466 nəfər olub. Hazırda bu ölkədə 35215 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 46,5 milyonu keçib, 1,2 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0