İzmirin göz yaşları durmur: ölü və yaralı sayı artdı

© REUTERS / Tuncay DersinliogluЭвакуация пострадавших во время обрушения здания в результате землетрясения, Измир, Турция
Эвакуация пострадавших во время обрушения здания в результате землетрясения, Измир, Турция - Sputnik Azərbaycan
Abunə olmaq
Oktyabrın 30-u və 31-də Egey dənizi bölgəsində, İzmirdə öncə 6.9, sonra 5 və 6,5 bal gücündə bir neçə zəlzələ olub

BAKI, 1 noyabr - Sputnik. Türkiyənin Egey sahillərində, İzmirdə baş verən zəlzələdə həlak olanların sayı 69-a yüksəldi. 

Sputnik Azərbaycan NTV telekanalına istinadən bildirir ki, 949 nəfər xəsarət alıb. Səkkiz binanın dağıntıları arasında xilasetmə işləri davam edir. 220 nəfər xəstəxanada müalicə alır.

104 nəfər dağıntılar arasından sağ çıxarılıb. 41 binanın xeyli, 35-nin qismın zədələndiyi deyilir.

Qeyd edək ki, oktyabrın 30-u və 31-də Egey dənizi bölgəsində, İzmirdə öncə 6.9, sonra 5 və 6,5 bal gücündə bir neçə zəlzələ olub. Güclü təkanların ardından 812 afterşok qeydə alınıb, bunlardan 40-nın maqnitudası 4 baldan bir qədər yüksək olub.

Xəbər lenti
0