07:30 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
31 0 0

Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğan İzmirin Səfərihisar rayonundan baş vermiş zəlzələ ilə bağlı sosial media hesabından açıqlama verib

BAKI, 30 oktyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğan İzmirin Səfərihisar rayonundan baş vermiş zəlzələ ilə bağlı sosial media hesabından acıqlama verib. Sputnik Azərbaycan-ın Türkiyənin NTV kanalına istinadən yaydığı xəbər görə, Ərdoğan mesajında "Dövlətimizin bütün imkanları ilə zəlzələdən əziyyət çəkən vətəndaşlarımızın yanındayıq", – deyə bildirib.

"Bütün əlaqədar qurumlarımız və nazirlərimizlə birgə bölgədə lazımlı tədbirlər həyata keçirilir", – deyə Prezident qeyd edib.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 14:51-də Türkiyənin İzmir şəhərində 6,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Egey dənizi bölgəsi ilə yanaşı, İstanbul və Mərmərə bölgəsində də hiss olunub.

Türkiyə Fövqəladə Hallar Nazirliyinin (AFAD) məlumatına görə, zəlzələnin episentri İzmirin Seferihisar rayonudur. İnsanlar panikaya düşərək küçələrə çıxıblar. Təlafat barədə hələlik məlumat verilməyib.

Əlaqədar

Türkiyədə güclü zəlzələ oldu

Əsas mövzular