12:46 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
123 0 0

Türkiyədə milli dizayn əsasında istehsal olunan ilk mühərrik – dünyada bu sinifdə ən yüksək göstəricilərə sahib olan təyyarə mühərrikidir

BAKI, 30 oktyabr — Sputnik. Türkiyəli iş adamı, mühəndis və "Baykar Makina" şirkətinin ortaq sahibi Səlcuq Bayraqdar öz "Twitter" hesabında TUSAŞ Mühərrik Sənayesi Açıq Tipli Səhmdar Cəmiyyəti (TEI) tərəfindən hazırlanan yerli təyyarə mühərriki ilə bağlı video paylaşıb. Sputnik Azərbaycan-ın Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, Bayraqdar videonun altından bu sözləri yazıb: "TEI tərəfindən milli dizayn əsasında istehsal olunan ilk mühərrik – dünyada bu sinifdə ən yüksək göstəricilərə sahib olan təyyarə mühərrikidir. Necə deyərlər, yoxladıq, müqayisə etdik, əmin olduq. Yerli mühərriklərimiz AKINCI və Bayraqdar TB3-ə güc verəcək!"

Videodakı görüntülərin bir ay əvvələ aid olduğunu bildirən Bayraqdar, sınaqdan keçirilən mühərrikin prototip tipli deyil, kütləvi istehsal üçün nəzərdə tutulduğunu da qeyd edib.

Əlaqədar

Müdafiə Sənayesi Nazirliyi "İti qovan" PUA-larının istehsalını davam etdirir
Azərbaycan PUA-ları Ermənistan ərazisində uçuşlar həyata keçirmir - MN
Azərbaycanın endirdiyi PUA-nı Ermənistan ordusuna PKK verib?
DTX mülki PUA-larla bağlı məlumat yayıb
Ermənistanın "vurduğu" Azərbaycan PUA-sı "kukuruznik" çıxdı
Teqlər:
mühərrik, Türkiyə, PUA

Əsas mövzular