08:16 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
91 0 0

Qardaş ölkənin raket sisitemi ilə təchiz edilmiş ilk Silahlı İnsansız Dəniz Aparatları pilotlu və pilotsuz təyyarələrlə birgə əməliyyatlar həyata keçirməyə qadirdir

BAKI, 30 oktyabr — Sputnik. Türkiyənin Ares Gəmiqayırma Zavodu və Meteksan Müdafiə Sənayesi Şirkəti tərəfindən hazırlanan ilk Silahlı İnsansız Dəniz Aparatı (SİDA) xidmət göstərməyə hazırdır. Sputnik Azərbaycan-ın Türkiyənin NTV kanalına istinadən verdiyi xəbərə görə, ULAQ seriyasından olan ilk belə məhsul 400 kilometrlik müşahidə mənzilinə, saatda 65 kilometr sürətə, gündüz/gecə görmə qabiliyyətinə sahib olmaqla yanaşı, milli şifrəli rabitə infrastrukturu və milli raket və kəşfiyyat sistemləri ilə də təchiz edilib. Bundan başqa, sözügedən aparatlar pilotlu və pilotsuz təyyarələrlə birgə əməliyyatlar həyata keçirməyə də qadirdir.

SİDA-lar uzaqdan idarə olunan pilotsuz dəniz vasitəsi olmaqla yanaşı, süni intellekt və avtonom hərəkət xüsusiyyətləri ilə üstün və qabaqcıl texnologiya ilə təchiz edilib.

Qeyd edək ki, artıq bu ilin dekabr ayından SİDA-lardan istifadə etmək mümkün olacaq.

Əlaqədar

"Bayraqdar" PUA-ları yerli mühərriklə uçacaq
Azərbaycan Ermənistanın kəşfiyyat qurğusunu məhv etdi
Müdafiə Sənayesi Nazirliyi "İti qovan" PUA-larının istehsalını davam etdirir
Azərbaycanın endirdiyi PUA-nı Ermənistan ordusuna PKK verib?

Əsas mövzular